Putin və Obama Peruda görüşüb

Putin və Obama Peruda görüşüb
  21 Noyabr 2016    Oxunub:2012
Perunun paytaxtı Limada keçirilən Asiya-Sakit Okean İqtisadi Əməkdaşlığı (APEC) Sammitində Rusiya Prezidenti Vladimir Putin ilə ABŞ Prezidenti Barak Obama arasında qısa görüş olub.
RİA Novosti xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib.

O bildirib ki, sammit çərçivəsində keçirilən iclasın əvvəlində dövlət başçıları bir-birini salamlayıb, aralarında qısa söhbət olub.

Qeyd edək ki, Lima Sammiti Barak Obamanın ABŞ Prezidenti kimi iştirak etdiyi son beynəlxalq tədbirdir.

AzVision.az


Teqlər:  





Xəbər lenti