İstanbul derbisini `Fənərbağça` qazandı - VİDEO

İstanbul derbisini `Fənərbağça` qazandı - VİDEO
  21 Noyabr 2016    Oxunub:2101
Bu gün Türkiyə Super Liqasının XI turunda İstanbul derbisi baş tutub.
İstanbulun “Şükrü Saracoğlu” stadionunda “Fənərbağça” və “Qalatasaray” klubları qarşılaşıb.

Matç 2:0 hesabı ilə meydan sahiblərinin xeyrinə başa çatıb. “Sarı bülbüllər”in hər iki qoluna hollandiyalı hücumçu Robin Van Persi imza atıb.

Beləliklə, bu qələbədən sonra “Fənərbağça” xallarının sayını 21-ə çatdıraraq turnir cədvəlində əzəli rəqibi “Qalatasaray”ı geridə qoyub.

All Goals & Highlights HD - Fenerbahce 2-0... by Video-Sport

AzVision.az


Teqlər:  





Xəbər lenti