Rusiya səfirliyində ziyarətçi qəbulu dayandırılıb

Rusiya səfirliyində ziyarətçi qəbulu dayandırılıb
  21 Noyabr 2016    Oxunub:1494
Rusiyanın Azərbaycandakı səfirliyinin konsulluq şöbəsi bu gündən müvəqqəti olaraq ziyarətçi qəbulunu dayandırıb.
AzVision.az Rusiya səfirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, işlərin dayandırılmasına səbəb konsulluq şöbəsinin fasadının təmiri ilə əlaqədardır.

Şöbənin fəaliyyəti dekabrın 5-də bərpa olunacağı bildirilir.

Bu tarixə qədər konsulluq şöbəsi yalnız ekstremal və müstəsna hallarda yardım göstərəcək.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti