Avstriya Qarabağ danışıqlarında vasitəçi olmaq istəyir

Avstriya Qarabağ danışıqlarında vasitəçi olmaq istəyir
  21 Noyabr 2016    Oxunub:2120
“Avstriya Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həll edilməsi üçün Ermənistan və Azərbaycan arasında vasitəçilik etməyə hazırdır” .
AzVision.az xəbər verir ki, bunu Avstriyanın xarici işlər naziri Sebastyan Kurts “Armenpress”ə müsahibəsində bildirib.

“Biz ATƏT-in Minsk qrupunun üzvü deyilik, lakin Minsk prosesini dəstəkləmək üçün əlimizdən gələni edirik. Şübhəsiz ki, münaqişənin hərbi yolu yoxdur. Tərəflər maksimum şəkildə əməkdaşlığa və danışıqlara cəlb edilməlidir. Münaqişənin yenidən alovlanması həlledici ola bilər və Moskvadan Vaşinqtona qədər beynəlxalq ictimaiyyət bunun tərəfdarı deyil. Danışıqlar masasında xeyli təkliflər var”, - deyə nazir vurğulayıb.

Qeyd edək ki, 2017-ci ildə ATƏT-ə Avstriya sədrlik edəcək.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti