Pentaqona `Quduz köpək` rəhbərlik edəcək

Pentaqona `Quduz köpək` rəhbərlik edəcək
  21 Noyabr 2016    Oxunub:18573
ABŞ- da yeni nazirlər kabinetini qurulur. Donald Tramp namizədlərlə görüşür.

Amerika Birləşmiş Ştatlarının yeni prezidenti Donald Tramp tvitter hesabında müdafiə naziri vəzifəsinə ən real namizədin `Mad Dog`(quduz köpək) ləqəbli general Ceyms Matis (James Mattis) olduğunu bildirib.

Matis ilə dünən Nyu Cersidə görüşdüyünü yazan Tramp onu əsl general, “generalların generalı” adlandırıb.



Bundan əvvəl, Matis yeni administrasiyaya seçilə bilərmi sualına Donald Tramp - “O, çox mükəmməl insandır. Deyərdim ki, ABŞ üçün bir tapıntıdır”, - deyə cavab vermişdi.

Müdafiə naziri vəzifəsinə Ceyms Matisdən başqa CIA-nın keçmiş rəhbəri general Deyvid Petreus, kiçik Corc Buşun milli təhlükəsizlik üzrə keçmiş müşaviri Stiven Hedli, təqaüddə olan general Cek Kin və Missuri ştatının keçmiş senatoru Cia Talent namizədliyini irəli sürüb.

Ceyms Mattis 2010-2013-cü illərdə ABŞ-ın Mərkəzi komandanlığına rəhbərlik edib, silahlı qüvvələrdə aparıcı vəzifələrdə çalışıb. ABŞ-İraq müharibəsi zamanı dəniz piyadalarının birinci diviziyasına rəhbərlik edib. 34 il silahlı qüvvələrdə xidmət göstərən Mattis Amerika hərbçiləri arasında canlı əfsanə statusunu qazanıb. Döyüşlərə gözü dönmüş vəhşi köpək kimi atıldığına görə ona `Mad Dog` - Quduz köpək ləqəbi verilib. Bundan başqa Matis `Chaos` - xaos və `The Warrior Monk`- Qəhrəmanların əfəndisi ləqəbləri ilə məşhurdur.

Trampın komandası tərəfindən cümə günü verilən açıqlamalaya görə, yeni prezident ədliyyə naziri vəzifəsinə senator Cef Seşnzı (Jeff Sessions), CIA-nı başına konqres üzvü Mayk Pompionu (Mike Pompeo) gətirməyi planlaşdırır.

Trampın 2012-ci ildə prezidentliyə namizəd Mit Romniyə xarici işlər naziri vəzifəsi təklif etdiyi bildirilsə də, bu barədə rəsmi açıqlama verilməyib.

Səbinə Həsənova


Teqlər:  





Xəbər lenti