Uorlik həmsədrlikdən gedir - Ruslarla işləyəcək

Uorlik həmsədrlikdən gedir - Ruslarla işləyəcək
  21 Noyabr 2016    Oxunub:2333
ATƏT-in Minsk qrupunun amerikalı həmsədr Ceyms Uorlik tutduğu vəzifədən gedir.
AzVision.az xəbər verir ki, o, bu barədə “Twitter” səhifəsində yazıb.

Ceyms Uorlikin həmsədr kimi səlahiyyət müddəti bu il dekabrın 31-də başa çatır.

“Mənim üçün Dövlət Departamentində 30 ildən artıq müddətdə çalışmaq şərəf idi”, - deyə səfir öz mikrobloqunda yazıb.

O, həmçinin əlavə edib ki, Rusiyada ən böyük və prestijli hüquq firması olan “Yeqorov, Puqinskiy, Afanasev və tərəfdarları”nda çalışacaq.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti