Rusiya neft hasilatını dondurmağa hazırdır

Rusiya neft hasilatını dondurmağa hazırdır
  21 Noyabr 2016    Oxunub:1738
Rusiya neft hasilatını hazırkı səviyyədə dondurmağa hazırdır.
AzVision.az “Ria.Novosti”yə istinadən xəbər verir ki, bunu Asiya-Sakit Okean İqtisadi Əməkdaşlığı (APEC) Sammitində Rusiya Prezidenti Vladimir Putin deyib. Onun sözlərinə görə, əgər belə olarsa, Rusiyanın energetika sektoru heç bir zərər görməyəcək: “Energetika nazirimiz ölkənin iri neft şirkətləri ilə daimi təmasdadır və onlar bu işə hazır olduqlarını vurğulayıblar”.

Putin noyabrın 30-da Vyanada keçiriləcək OPEC sammitinədə münasibət bildirib: “OPEC hasilatın dondurulmasına nail ola bilər. Lakin buna 100 faiz əmin olduğumuzu deyə bilmərəm. OPEC daxilindəki ziddiyyətlər nisbətən aradan qaldırılıb. Biz də öz tərəfimizdə tərəfdaşlarımızın bizdən gözlədiyini etməyə hazırıq. Neft hasilatını dondurmaq bizim üçün problem təşkil etmir”.

AzVision.az


Teqlər:  





Xəbər lenti