`Saakaşvili Ukrayna xalqı üçün təhqir idi` - Putin

`Saakaşvili Ukrayna xalqı üçün təhqir idi` - Putin
  21 Noyabr 2016    Oxunub:2670
"Mixail Saakaşvilinin qubernatorluğu Odessa sakinlərinə və bütün Ukrayna xalqına təhqir idi"
AzVision.az “RİA Novosti”-yə istinadən xəbər verir ki, bu barədə Rusiya prezidenti Vladimir Putin "Ukrayna odda" filmi üçün rejissor Oliver Stouna müsahibəsində deyib.

"Ona ABŞ-a getmək üçün işçi vizası vermədilər. İşə düzəlməyə çalışdığı universitetlər də onu işə götürmək istəmədilər. Belə çıxdı ki, o, Odessa qubernatorunun vəzifələrini icra etməyi bacarar? Məgər peşəkar və bacarıqlı ukraynalılar arasında bu işi yerinə yetirə biləcək şəxslər yoxdur?" – deyə Rusiya prezidenti vurğulayıb.

Qeyd edək ki, Oliver Stounun "Ukrayna odda" filminin premyerası bu gün Moskva vaxtı ilə saat 17:00-da REN TV-də olacaq.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti