AST Telmanın qardaşı iki ay əvvəl həbs olunubmuş – Video

AST Telmanın qardaşı iki ay əvvəl həbs olunubmuş – Video
  21 Noyabr 2016    Oxunub:2138
Azərbaycanlı iş adamı Telman İsmayılovun qardaşı Rafiq İsmayılov iki ay əvvəl Moskva ətrafında həbs olunub.
AzVision.az Rusiya KİV-nə istinadən xəbər verir ki, bunu Rusiya İstintaq Komitəsinin Moskva vilayəti üzrə Baş İstintaq İdarəsinin rəhbərinin baş köməkçisi Yelena Fokina deyib. Bildirib ki, hazırda bu iş üzrə araşdırmalar davam etdirilir.

Qeyd edək ki, İsmayılov ticarət komplekslərinin sahibi Vladimir Savkin və “Lublino motors”un təsisçisi Yuri Brilevin qətlində günahlandırılır. İsmayılov və onunla əlbir olan Mehman Kərimova “iki və daha artıq şəxsin öldürülməsi” maddəsi ilə ittiham irəli sürülüb.

İsmayılov hadisədə özü təqsirli bilmədiyini deyib.



Mövzu ilə bağlı oxşar xəbəri buradan oxuya bilərsiniz: AST Telmanın qardaşı həbs edildi – VİDEO XƏBƏR

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti