700 milyon qız uşaqkən ərə verilib - Dəhşətli statistika (Video)

700 milyon qız uşaqkən ərə verilib - Dəhşətli statistika (Video)
  22 Noyabr 2016    Oxunub:10851
Dünyada 700 milyondan çox qız 18 yaşı tamam olmadan ərə verilib. Onlardan 250 milyonunun yaşı 15-dən aşağıdır.
AzVision.az xəbər verir ki, bu barədə BMT-nin Uşaqlara Yardım Fondu (UNİSEF) məlumat yayıb.

Məlumatda 18 yaşa qədər ərə verilən qızların məktəbə getmə faizinin az olduğu, ailədaxili şiddətə məruz qalma faizinin artdığı qeyd edilib.

20 yaşda ərə gedənlərlə müqayisədə erkən nikaha girən qız uşaqlarının hamiləlik dövründə ölüm ehtimalı yüksəkdir. Bu səbəblə UNİSEF “Uşaq gəlin” reallığına diqqət çəkmək üçün ən önəmli evlilik bloqlarından biri olan “Bridal Musings” ilə birlikdə videoçaxr hazırlayıb.

“Uşaqları qoruyaq” (Save The Children) yardım təşkilatının rəhbəri Karolin Mayls dünyada hər 7 saniyədə 15 yaşa qədər bir qız uşağının evləndirildiyini və 13 və ya 24 yaşı olmadan uşaq sahibi olduğunu qeyd edərək, bu səbəbdən onların həyatlarının təhlükə altında olduğuna diqqət çəkib.

144 ölkədə qız uşaqlarının ən yaxşı yaşadığı yerlər sırasında ilk pillədə İsveç, Norveç, Finlandiya, Hollandiya və Belçika gəlir.

Amerika bu siyahıda 32-ci yerdədir. Ən pis vəziyyətdə olan ölkələr sırasında Nigeriya, Çad, Orta Afrika Respublikası, Mali və Somali qeyd edilib.



Aytən Zəhra
AzVision.az


Teqlər:  





Xəbər lenti