Tələbə olmaq istəməyənlərin sayı açıqlandı

Tələbə olmaq istəməyənlərin sayı açıqlandı
  16 Avqust 2013    Oxunub:1691
Ali təhsil müəssisələrinə keçirilmiş qəbul imtahanlarının nəticələrinə əsasən müsabiqə şərtlərini ödəyən abituriyentlərdən 1950 nəfəri İxtisas seçmimi müsabiqəsində iştirak etməyib.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından AzVision.az-a verilən məlumata görə, müsabiqədə iştirak ütmək hüququ olan 38 116 nəfərdən 36 166 nəfəri elektron ərizəsini təsdiqləyib.

Onların 32100 nəfəri Azərbaycan, 4016 nəfəri rus bölməsinin abituriyentlərdir. Abituriyentlərin 10165 nəfəri I, 8829 nəfəri II , 9798 nəfəri III, 3358 nəfəri isə IV ixtisas qrupu üzrə sənəd verib.

AzVision.az


Teqlər:  





Xəbər lenti