Kiyevdə nümayişçilərlə polis arasında qarşıdurma

Kiyevdə nümayişçilərlə polis arasında qarşıdurma
  22 Noyabr 2016    Oxunub:4534
Ukrayna paytaxtı Kiyevin Müstəqillik meydanında nümayişçilərlə polis arasında qarşıdurma baş verib.
“112 Ukrayna” telekanalının verdiyi xəbərə görə, insidentə səbəb bir qrup nümayişçinin meydana təkərlər gətirərək yandırması olub.

Hadisə nəticəsində saxlanılanların olduğu bildirilir.

Qeyd edək ki, bu gün Ukraynada 2013-cü ildə “Maydan” hərəkatının başladığı günlə əlaqədar «Şərəf və Azadlıq Günü» qeyd olunur. Polis nümayişdə 400 nəfərin iştirak etdiyini bildirib. (Apa)

AzVision.az


Teqlər:





Xəbər lenti