Rusiya ilə Ukrayna arasında daha bir skandal

Rusiya ilə Ukrayna arasında daha bir skandal
  22 Noyabr 2016    Oxunub:2628
Rusiyanın Müdafiə Nazirliyi Ukrayna Təhlükəsizlik Xidməti tərəfindən Krımda 2 rus əsgərin qanunsuz olaraq tutulduğunu bəyan edib
AzVision.az xarici mətbuata istinadən xəbər verir ki, Rusiya XİN hərbçilərin həbsini təxribat adlandırıb və onların dərhal azadlığa buraxılmasını tələb edib.

Həbs olunan hərbçilər gizir Maksim Yevgeneviç Odinsova və kiçik serjant Aleksandr Vyaçeslavoviç Baranovdur.

Ukrayna Təhlükəsizlik Xidməti ittihamlara cavab olaraq bildirib ki, rusiyalı hərbçilər Ukrayna ərazisndə saxlanılıb.

Qeyd olunub ki, həmin şəxslər Krımın 2014-cü ildə ilhaqından sonra Ukrayna ordusundan Rusiyaya tərəf keçən fərarilərdir.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər:  





Xəbər lenti