60 pilot həbs edildi - Yeni FETÖ əməliyyatı

60 pilot həbs edildi - Yeni FETÖ əməliyyatı
  22 Noyabr 2016    Oxunub:1935
Türkiyədə Konya prokurorluğu Fətullahçı Terror Təşkilatı (FETÖ) ilə əməkdaşlıqda şübhəli bilinən şəxslərlə bağlı araşdırmalara başlayıb.
AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, istintaq çərçivəsində Konyada yerləşən 3-cü Reaktiv Baza Komandanlığında bu günə qədər 4 dəfə əməliyyat keçirilib.

Əməliyyatlarda saxlanılan pilotların ifadələri nəticəsində Türkiyənin Hərbi Hava Qüvvələrində qulluq edən 60 hərbçinin tutulması haqqında qərar verilib.

Qeyd edək ki, 9 noyabr tarixində 8 rayonda keçirilən əməliyyatda saxlanılan 47 pilotdan 17-si həbs olunub. Konyadakı 3-cü Əsas Reaktiv Bazasında daha əvvəl keçirilən 4 əməliyyatda isə aralarında pilotların da olduğu 70 hərbçi həbs olunub.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər:  





Xəbər lenti