Xanım baş nazir qəzaya düşdü: Yaralılar var (Fotolar)

Xanım baş nazir qəzaya düşdü: Yaralılar var (Fotolar)
  22 Noyabr 2016    Oxunub:3888
Polşanın baş naziri Beata Şidlonun avtomobil korteji İsraildə qəzaya düşüb.
AzVision.az Rusiya KİV-nə istinadən xəbər verir ki, hadisə nəticəsində xanım baş nazir xəsarət almayıb. Kortejdə olan üç nəfər yaralanıb.

Onların arasında İsrail vətəndaşı, digər isə baş nazirin mühafizə xidmətinin əməkdaşıdır

İlkin məlumata görə, qəzaya səbəb avtomobilin təkərinin partlaması nəticəsində sürücünün idarəetməni itirməsi olub.



Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti