İŞİD Nyu-Yorkda terror törətmək istədi

İŞİD Nyu-Yorkda terror törətmək istədi
  22 Noyabr 2016    Oxunub:1221
Nyu-Yorkun mərkəzində yerləşən Tayms-Skverdə terror aktı törətmək istəyən şəxs saxlanılıb.
AzVision.az xarici mətbuata istinadən xəbər verir ki, saxlanılan şəxs əslən Yəməndən olan 37 yaşlı Məhəmməd Rafiq Nacidir. O, özünün sosial şəbəkədəki səhifəsində İŞİD terrorçularına qoşulmaq niyyətində olduğunu bildirib.

Qeyd olunub ki, Rafiq Naci ötən ilin martından sentyabrına kimi Türkiyə və Yəməndə olub, oradan isə İŞİD-in nəzarətində olan Suriya və İraq ərazisinə keçməyə çalışıb. O, 5 dəfə cəhd etsə də, sərhədi keçə bilməyib.

O, istintaqa veridyi ifadəsində Tayms-Skverdə Nitsada baş verən terror aktının eynisini həyata keçirməyi planlaşdırdığını deyib.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər:  





Xəbər lenti