Yeni ildə Avropada terror olacaq - ABŞ-dan xəbərdarlıq

Yeni ildə Avropada terror olacaq - ABŞ-dan xəbərdarlıq
  22 Noyabr 2016    Oxunub:1531
ABŞ Dövlət Departamenti qarşıdan gələn bayramlarda Avropaya gedəcək ölkə vətəndaşlarına terror təhlükəsi ilə bağlı xəbərdarlıq edib.
AzVision.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

“Əlimizdə olan etibarlı məlumatlara əsasən İŞİD, Əl-Qaidə və onun filialları bayramlar zamanı (Yeni il bayramı nəzərdə tutulur-red) Avropada terror aktı törətməyi planlaşdırır”, - deyə Departamentinin yaydığı xəbərdarlıqda bildirilib.

ABŞ vətəndaşlarına turizm obyektləri, nəqliyyat vasitələri və insanların çox olduğu məkanlarda diqqətli olmaq və ehtiyatı əldən verməmək tövsüyyə olunub.

Xəbərdarlıq 20 fevral 2017-cü ilə qədər qüvvədədir.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti