Bu şəxslər əsgərliyə könüllü gedəcək - Yeni qanun

Bu şəxslər əsgərliyə könüllü gedəcək - Yeni qanun
  22 Noyabr 2016    Oxunub:4290
Türkiyə Nazirlər Kabineti "Hərbi xidmət haqqında" qanunu dəyişib.
AzVision.az-ın "Resmi Gazete"yə istinadən verdiyi məlumata görə, dəyişikliyə əsasən 15 iyulda dövlət çevrilişinə cəhd zamanı həlak olanların uşaqları və qardaşları özləri istəməyəcəyi təqdirdə, hərbi xidmətə çağırılmayacaqlar.

Çevrilişə cəhd zamanı dünyasını dəyişən şəxslərdən hazırda hərbi xidmətdə olanlar nə vaxt istəsələr Silahlı Qüvvələrin sıralarından tərxis ediləcəklər.

AzVision.az


Teqlər:  





Xəbər lenti