Milli oyunlar kitabının təqdimatı - Foto

Milli oyunlar kitabının təqdimatı - Foto
  22 Noyabr 2016    Oxunub:1972
Tarixən Azərbaycan xalq oyunları xalqın yaşam tərzini, təfəkkürünü, adət-ənənəsinin özündə yaşatmaqla yanaşı, eyni zamanda uşaqlarda fiziki, zehni gücün artırılmasında, vaxtlarının səmərəlli keçməsində böyük əhəmiyyətə malikdir. Ancaq, təəssüflə qeyd etməliyik ki, vaxt keçdikcə bu oyunlara maraq get-gedə azalır.
Elmin, texnologiyanın inkişafı az yaşlı uşaqlarda oyunlara maragının azalmasına səbəb olub. Bu gün uşaqların böyük bir kütləsi kompyuter və yaxud da mobil telefonlarda animasiyon oyunlardan asılı vəziyyətdədir. Bildiyimiz kimi, canlı oyunlar uşaqlarda bir-biri ilə ünsiyyət yaratmaq, doğru davranış qaydalarını aşılamaq baxımından əhəmiyyətə malikdir. Hər şey uşağın böyüdüyü mühitdən asılı oldugu üçün unudulmaqda olan tarixi oyunlarımızı uşaq bağçalarından tutmuş ümumtəhsil məktəblərində, həmçinin ailə mühitində geniş təbliğ edilməsi vacib məsələlərdən biridir. Fərdi gənc Vəliyev Zülfüqar Fikrət oğlu Azərbaycan Gənclər Fondunun elan etdiyi müsabiqəyə məktəbyaşlı uşaqlarda bu tarixi oyunlara marağın yaradılması və həmçinin oyunların təbliğ edilməsi üçün “unudulmaqda olan tarixi oyunların yenidən canlandırılması” ilə bağlı gənclər arasında belə “Milli oyunlarımızı unutmayaq” adlı layihə ilə müraciət edib. Layihə müsabiqə qalibi olmuş və layihənin əsas məqsədi yaddan çıxmaqda olan tarixi qədim oyunlarımızı yenidən uşaqlara xatırlatmaqla onlara marağın artırılmasına nail olmaqdır. Bundan əlavə layihə çərçivəsində kitabdakı uşaq oyunları AMEA Folklor İnstitutunun elmi işçisi, Laçın rayon M.Səfərov adına Qozlu kənd tam orta məktəbinin müəllimi Abbasova Aytac Hicran qızı “Milli oyunlar” adlı kitab hazırlayaraq çap edilib. Bundan əlavə Milli oyunlarımız məktəblilər arasında səhnələşdirilib. Layihənin yekunu olaraq Park Bulvar AVM Tusi Bohm Planetariumda layihə çərçivəsində seçilmiş ən yaxşı səhnələşdirilmiş 5 oyunun nümayişi və “Milli oyunlar” kitabının təqdimatı təşkil edildi. Layihənin gələcəkdə digər məktəblərdədə həyata keçirilməsi nəzərdə tutulur.

Eldar Tanrıverdiyev
AzVision.az

Qalereya




Teqlər:  





Xəbər lenti