İstanbulda İŞİD əməliyyatı - İki azərbaycanlı saxlanıldı

İstanbulda İŞİD əməliyyatı - İki azərbaycanlı saxlanıldı
  23 Noyabr 2016    Oxunub:2493
İstanbulda kamikadze olduğu ehtimal edilən iki nəfər saxlanılıb. Onların Özbəkistan vətəndaşı "Bunyod" kod adlı Əziz Jon Bekrayev və Türkmənistan vətəndaşı "Zübeyr" kod adlı Novruz Ravud Qasımov olduğu bildirilir.
AzVision.az Türkiyə mediasına istinadla xəbər verir ki, saxlanılanlar Türkiyə ərazisindən Suriyaya keçməyi planlaşdırıblar.

Məhkəmə artıq onlar barədə həbs qətimkan tədbiri seçib. Terrorçu-kamikadze olduğu ehtimal edilən şəxslərlə birlikdə onlara yardım etdikləri güman edilən digər beş şəxsin — 32 yaşlı Azərbaycan vətəndaşı R.İ. və 26 yaşlı O.M-in, Özbəkistan vətəndaşları — 26 yaşlı B.M-in, 29 yaşlı T.H-ın və 32 yaşlı N.İ-nin də saxlanıldığı bildirilir. Onların ölkədən deportasiya ediləcəyi gözlənilir. Saxlanılanların kimliyi açıqlanmır. Onların İŞİD terror qruplaşmasının üzvü olduğu güman edilir.

AzVision.az


Teqlər:  





Xəbər lenti