Tramp əvvəl imtina etdi, sonra razılaşdı - Müsahibə qalmaqalı

Tramp əvvəl imtina etdi, sonra razılaşdı - Müsahibə qalmaqalı
  23 Noyabr 2016    Oxunub:2975
ABŞ-ın yeni seçilən prezidenti Donald Tramp haqqında “çirkin və doğru olmayan” məlumatlar yaydığı üçün “New York Times” qəzetinə müsahibə verməkdən imtina edib.
AzVision.az xarici KİV-ə istinadən xəbər verir ki, Tramp bu barədə “Twitter” mikrobloqunda yazıb.

Onun bu addımı KİV nümayəndələri arasında xoş qarşılanmayıb, yeni qalmaqala səbəb olub. Tramp bu səbəbdən sosial şəbəkələrdə sərt tənqid olunub.

Təxminən bir saatdan sonra Tramp yeni tvitində fikrini dəyişdiyini, müsahibəyə razılıq verdiyini qeyd edib: “Dörd gözlə müsahibəni gözləyirəm”.

Qeyd edək ki, Tramp seçki kampaniyası zamanı “New York Times”i sərt tənqid edərək bu qəzeti qərəzli mövqe sərgiləməkdə suçlayıb.

“Tramp niyə prezident olmamalı?” adı məqalədə adıçəkilən qəzet açıq-aşkar seçkilərdə Hillari Klintonu dəstəklədiyini bəyan etmişdi. Bundan sonra Tramp yerli KİV-lərin korrupsiyaya uğradığını, obyektiv olmadığını çıxışlarında vurğulamışdı.

Rüstəm
AzVision.az


Teqlər:





Xəbər lenti