Türkiyədə 37 minə yaxın FETÖ-çu tutulub

Türkiyədə 37 minə yaxın FETÖ-çu tutulub
  23 Noyabr 2016    Oxunub:1359
Türkiyədə FETÖ ilə əlaqəsi olan 36 951 nəfər həbs olunub.
AzVision.az-ın NTV telekanalına istinadən verdiyi xəbərə görə, bu barədə Türkiyənin ədliyyə naziri Bekir Bozdağ bildirib.

“FETÖ ilə əlaqəsi olmaqda şübhəli bilinən 92 607 barəsində istintaq tədbirləri aparılıb, 36 951 nəfər həbs edilib”, - deyə Bozdağ vurğulayıb.

Xatırladaq ki, iyulun 16-na keçən gecə Türkiyədə dövlət çevrilişinə cəhdin qarşısı alınıb. Toqquşmalarda 240-dan çox şəxs ölüb, 2 mindən çox insan yaralanıb.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti