`Arif Hacılı münasibət bildirməzdən əvvəl...`

`Arif Hacılı münasibət bildirməzdən əvvəl...`
  16 Avqust 2013    Oxunub:994
“Milli Şuranın sessiyasında alternativ namizədin seçilməsi ilə bağlı məsələyə aydınlıq gətirilib. Qərara alınıb ki, Rüstəm İbrahimbəyovun gəlişini gözləyək. Şuranın avqustun 19- da olacaq növbəti iclasına qədər gözləmək lazımdır”.

Bunu AzVision.az- a açıqlamasında Milli Şuranın üzvü Eldəniz Quliyev alternativ namizədin seçilməsi fikrinə münasibət bildirərkən deyib.

E. Quliyev Arif Hacılının “başqa namizədin irəli sürülməsi Milli Şuradakı bəzi təşkilatların maraqlarını təmir etmir” fikrinə bu cür reaksiya verib :

“Əgər Arif Hacılı tələskənlik edib, hansısa fikir yürüdürsə, bu, onun öz işidir. Bu məsələyə Müsavat başqanının münasibəti birmənalıdır. Yaxşı olardı ki, Arif Hacılı belə münasibət bildirəndə öz başqanı ilə razılaşsın”.

Qeyd edək ki, Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı mətbuata belə bir açıqlama verib: “Rüstəm İbrahimbəyov seçkidə iştirak edə bilməyəcəyi təqdirdə, Müsavat Partiyası başqa bir namizədin irəli sürülməsini təklif edib. Görünür bizim bu mövqeyimiz Milli Şuradakı bəzi təşkilatların maraqlarını təmin etmir”.

Nihadə Eyyubova


Teqlər:  





Xəbər lenti