Baş Prokurorluqdan iş elanı

Baş Prokurorluqdan iş elanı
  16 Avqust 2013    Oxunub:1016
Azərbaycan Respublikasının Baş Prokurorluğu işə qəbulla əlaqədar müsabiqə elan edib.
Baş Prokurorluğun mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, prokurorluq orqanlarına qulluğa qəbul olunmaq arzusunda olan şəxslər üçün 100 ştat vahidi üzrə növbəti müsabiqə elan olunub.

Sənədlər Baş Prokurorluğun qəbul otağında (Bakı şəhəri, Nigar Rəfibəyli küçəsi, 7) sentyabrın 2-dən oktyabrın 31-nə qədər hər gün (şənbə, bazar və bayram günləri istisna olmaqla) saat 10.00-dan saat 17.30-dək qəbul ediləcək.

Qanunvericiliklə müəyyən edilmiş tələblərə cavab verən və prokurorluq orqanlarına işə qəbul olunmaq istəyən şəxslər aşağıda qeyd olunan sənədləri təqdim etməklə Baş Prokurorluğa müraciət edə bilərlər:
1. Baş Prokurorluq tərəfindən müəyyən olunmuş formada ərizə;
2. Şəxsiyyət vəsiqəsinin əsli və notariat qaydasında təsdiq edilmiş surəti;
3. Tərcümeyi-hal və kadrların uçotuna dair anket (blanklar prokurorluqda verilir);
4. 3x4 və 4x6 sm ölçülərdə, hər birindən 4 ədəd, ağ fonda fotoşəkil;
5. Hüquqşünaslıq ixtisası üzrə ali təhsil haqqında diplomun, diploma əlavə olunan qiymət cədvəlinin əsilləri və notariat qaydasında təsdiq edilmiş surətləri;
6. Əmək kitabçasının notariat qaydasında və yaxud iş yeri üzrə təsdiq edilmiş surəti;
7. Qeydiyyatda olduğu yaşayış yeri üzrə poliklinikadan (forma № 086) və ruhi-əsəb dispanserindən sağlamlıq barədə, narkoloji dispanserdən qeydiyyatda olub-olmaması barədə arayışlar;
8. Qeydiyyatda olduğu yaşayış yeri və ailə tərkibi haqqında arayış;
9. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli qurumunda qeydiyyatda olması və həqiqi hərbi xidmət keçməsi barədə arayış, hərbi biletin əsli və notariat qaydasında təsdiq edilmiş surəti.




Teqlər:





Xəbər lenti