İslam Bankının qadın direktoru qətlə yetirildi

İslam Bankının qadın direktoru qətlə yetirildi
  23 Noyabr 2016    Oxunub:3991
Misirin paytaxtı Qahirənin ətrafında mərkəzi Abu-Dabidə yerləşən İslam Bankının qadın baş direktoru Nevin Lufinin meyiti aşkarlanıb.
AzVision.az İsrail KİV-inə istinadən xəbər verir ki, onun meyiti üzərində xeyli bıçaq yarası aşkar olunub.

N.Lufi ərəb ölkələrində bankın baş direktoru olmuş ilk qadındır. O, 1976-cı ildə Qahirədəki Amerika Universitetində iqtisadiyyat üzrə birinci dərəcəli təhsil alıb.

Lufi, həmçinin ABŞ və Avropa ölkələrinin banklarında işləyib. O, inkişaf edən bazar, kapitalın idarə edilməsi və kredit riski məsələləri üzrə ixtisaslaşıb.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti