Sarkisyan Ermənistanı Rusiyanın quberniyasına çevirir

Sarkisyan Ermənistanı Rusiyanın quberniyasına çevirir
  23 Noyabr 2016    Oxunub:5019
Ermənistanda turizmin stimullaşdırılması üçün rusların daxili pasportlar hesabına bu ölkəyə gəlməsinə icazə verən qanun layihəsinin qəbul olunacağı gözlənilir.

AzVision.az xəbər verir ki, bu barədə İrəvanın “Aravat” nəşri məlumat yayıb.

“Jamestown” fondunun icmalçısı, politoloq Armen Qriqoryan məsələ ilə bağlı bildirib: “Doğurdanda məqsəd turizmin inkişafı olsaydı, onda həftədə iki dəfə Avropaya ucuz aviareyslərinin yaradılması həyata keçirilərdi. Bu, daha məqsədəuyğundur. Bundan əlavə, turizmin inkişafı məqsədilə digər ölkələr, xüsusilə Avropa İttifaqına üzv ölkələrin vətəndaşlarının ölkəyə vizasız girişinə razılıq verilməlidir. Belə qənaətə gəlmək olar ki, Ermənistan hökuməti özünü sığortalamaq üçün ölkənin Rusiyanın quberniyasına çevrilməsi prosesini sürətləndirib”.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti