Mosulda İŞİD-in `naziri` öldürüldü

Mosulda İŞİD-in `naziri` öldürüldü
  23 Noyabr 2016    Oxunub:2149
İraq aviasiyasının İŞİD terror qruplaşmasının Mosuldakı mövqelərinə endirdiyi hava zərbələri nəticəsində Naynava vilayətində qruplaşmanın daha bir lideri öldürülüb.
AzVision.az `RİA Novosti`yə istinadən xəbər verir ki, terrorçuların `informasiya naziri` olan şəxsin öldürülməsini ölkənin hərbi idarəsi də təsdiq edib.

Qeyd olunub ki, məhv edilən terrorçu İŞİD-in videomateriallarının çəkilişinə, ekstremist ədəbiyyatın nəşrinə və qruplaşmanın saytlarının yaradılmasına cavabdehlik daşıyırdı.

AzVision.az


Teqlər:  





Xəbər lenti