Azərbaycan Əfqanıstana 2 milyard yatıracaq

Azərbaycan Əfqanıstana 2 milyard  yatıracaq
  16 Avqust 2013    Oxunub:1109
Azərbaycan yaxın gələcəkdə Əfqanıstana 2 milyard dollaradək sərmayə yatıracaq.
AzVision.az İnterfaks-a istinadən xəbər verir ki, bu barədə Azərbaycanın Əfqanıstandakı səfiri Daşqın Şikarov bildirib. Onun sözlərinə görə, sərmayə müxtəlif iqtisadi sektorlara yatırılacaq.

“Azərbaycan investorları təxminən beş il əvvəl Əfqanıstana vəsait yatırmağa başlayıb. Hazırda onlar sərmayəni genişləndirməyə hazırdır” – səfir söyləyib. D.Şikarovun sözlərinə görə, altı Azərbaycan investorundan ibarət qrup hazırda Əfqanıstandadır. Onlar bu ölkəyə investisiya yatırmaq imkanlarını öyrənməyə çalışır.

Diplomat bildirib ki, əvvəlki illərdə Azərbaycan Əfqanıstanda neft emalına 30 milyon dollar sərmayə yatırıb. Hazırda Məzari-Şərifdəki neft zavodunda hər gün 500 ton xam neft benzin və dizel yanacağını emal etmək üçün istifadə olunur. Zavodun gördüyü işi gün ərzində 1,5 min tona qədər artırmaq planlaşdırılır.

AzVision.az


Teqlər:  





Xəbər lenti