Türkiyədə 22 min polis işdən çıxarıldı

Türkiyədə 22 min polis işdən çıxarıldı
  23 Noyabr 2016    Oxunub:1757
Türkiyə Daxili İşlər Nazirliyinin 21 929 əməkdaşı işdən çıxarılıb.
AzVision.az "Habertürk"ə istinadən xəbər verir ki, nazirliyin 12 985 əməkdaşı isə tutduğu vəzifədən uzaqlaşdırılıb.

Bundan əlavə, 3569 nəfər nazirlikdəki işinə bərpa olunub.

Məlumata görə, nazirliyin 467 əməkdaşı barəsində axtarış elan edilib. Onlar FETÖ terror təşkilatı il əməkdaşlıqda ittiham olunur.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti