Madonnanın 16 yaşlı oğlu narkotiklə tutuldu - FOTO

Madonnanın 16 yaşlı oğlu narkotiklə tutuldu - FOTO
  23 Noyabr 2016    Oxunub:7763
London polisi amerikalı müğənni Maddona və rejissor Qay Riçinin oğlunu narkotiklərin saxlanılmasına görə saxlayıb.
Bu barədə AzVision.az “Sun” nəşrinə istinadən xəbər verir.

Hadisə Londonun şimalında Primrous Hill rayonunda baş verib.

Məlumata əsasən,qonşuları 16 yaşlı Rokkonun özünü şübhəli aparmasına görə, polisə müraciət edib.

Polislər ona yaxınlaşan zaman Madonnanın oğlunun kənara nəsə atdığı gözdən yayınmayıb. London polisi Rokkonun geyimində marixuana izi aşkar edib. Bundan sonra onlar Rokkonun üzərində axtarış aparıb və onun çantasında az həcmdə narkotik maddə aşkarlayıblar.

Polis gənci sərbəst buraxsa da, onun haqqında məlumat yerli polisin arxivində qalıb.



Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti