Rusiya və Ermənistan arasında Qarabağ müzakirəsi

Rusiya və Ermənistan arasında Qarabağ müzakirəsi
  24 Noyabr 2016    Oxunub:2349
İrəvanda səfərdə olan Rusiya Dövlət Dumasının spikeri Vyaçeslav Volodin Ermənistan parlamentinin vitse-spikeri Eduard Şarmazanovla görüşüb.
AzVision.az-ın APA-ya istinadən verdiyi məlumata görə, görüş zamanı Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində göstərilən səylər müzakirə olunub.

Məlumata görə, tərəflər Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə alternativin olmadığını, münaqişənin ATƏT-in Minsk qrupu çərçivəsində sülh yolu ilə həllinin vacibliyini vurğulayıblar.

AzVision.az


Teqlər:  





Xəbər lenti