Azərbaycan işsizlik müavinətinə görə MDB-də liderdir

Azərbaycan işsizlik müavinətinə görə MDB-də liderdir
  24 Noyabr 2016    Oxunub:1761
MDB ölkələri arasında işsizliyə görə ən yüksək müavinət Azərbaycanda verilir.
Bu barədə MDB Statistika Komitəsinin 2016-ci ilin yanvar-sentyabr ayları ərzində üzv ölkələrin sosial-iqtisadi inkişafına əsaslanan məlumatında bildirilir.

Statistikaya görə, Azərbaycanda işsiz vətəndaşlar hökumətdən adambaşına 247,3 manat (152 ABŞ dolları) alırlar. Ən aşağı göstərici isə Belarusda qeydə alınıb – təqribən 12 dollar.

Moldovada bu göstərici 70 dollar, Tacikistanda 37 dollar, Ukraynada 70 dollar təşkil edir.

Rusiyada işsizlər müvafiq olaraq 13-76 dollar alırlar. (Report.az)

AzVision.az


Teqlər:  





Xəbər lenti