Çində uçqun olub - 40 ölü, 2 yaralı

Çində uçqun olub - 40 ölü, 2 yaralı
  24 Noyabr 2016    Oxunub:1853
Çinin Tsyansi vilayətində inşa edilən elektrik stansiyasında uçqun baş verib.
AzVision.az-ın “Sinxua” agentliyinə istinadən verdiyi xəbərə görə, hadisə nəticəsində 40 nəfər ölüb, 2 nəfər xəsarət alıb.

Uçqun Fençen şəhərində baş verib. Hadisə yerinə xilasedicilər və təcili tibbi yardım briqadaları cəlb olunub.

Hadisənin təfərrüatları barədə hələ ki, məlumat verilmir.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti