`Qarabağ` üçün tarixi şans
“Qarabağ” səfərdə Çexiyanın “Slovan” klubunun qonağı olacaq. Digər təmsilçimiz “Qəbələ” isə Belçikanın “Anderlext” klubunu qəbul edəcək.
“Slovan”la oyun “Qarabağ” klubu üçün tarixi əhəmiyyət kəsb edir. Belə ki, Ağdam təmsilçisi səfər oyunundan 3 xalla qayıdacağı halda, Avropa Liqasının 1/16 final mərhələsinə yüksələcək. Qrupdakı digər oyunun nəticəsindən asılı olaraq, heç-heçə də təmsilçimizin tarixin nailiyyətə imza atmasına kifayət edə bilər. Bunun üçün İtaliya təmsilçisi “Fiorentina” öz meydanında PAOK-u məğlub etməlidir.
İlk 4 turda xal qazana bilməyən “Qəbələ” isə bu uğursuz seriyaya Belçika təmsilçisi “Anderlext”lə oyunda son qoymağa çalışacaq.
20:00. "Qəbələ" (Azərbaycan) - "Anderlext" (Belçika)
22:00. “Slovan” (Çexiya) - “Qarabağ” (Azərbaycan)
Anar Kəlbiyev
AzVision.az