`Əliyev məndən soruşur ki, Ermənistanda vəziyyət necədir?`

`Əliyev məndən soruşur ki, Ermənistanda vəziyyət necədir?`
  24 Noyabr 2016    Oxunub:40674
FİDE prezidenti Kirsan İlyumjinov “Exo Moskva”ya müsahibəsində müxtəlif ölkələrin prezidentləri ilə keçirdiyi görüşlərdə idman, mədəniyyət, siyasət və digər sahələrdən danışdığını bildirib.

AzVision.az xəbər verir ki, Kirsan İlyumjinov jurnalistin Rusiya rəhbərliyinin təlimatı əsasında siyasi proseslərə cəlb olunması haqda sualına belə cavab verib:

“Məsələn, mən İsraildə Netanyahu ilə görüşürəm, o soruşur: “Mahmud Abbas necədir?” və ya mən Cənubi Koreya lideri ilə görüşürəm. O məndən soruşur: “Şimali Koreyada vəziyyət necədir?”, və ya mən Ermənistan prezidenti Serj Sarkisyanın andiçmə mərasimindən bir neçə saat sonra Azərbaycanda İlham Əliyevlə görüşürəm. Əliyev də məndən soruşur ki, Ermənistanda vəziyyət necədir?”.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti