Sarkisyan sabiq baş naziri şantaj edir – Erməni KİV

Sarkisyan sabiq baş naziri şantaj edir – Erməni KİV
  24 Noyabr 2016    Oxunub:5936
Ermənistanın sabiq baş naziri Avik Abramyan noyabrın 22-də Ermənistanın hakim Respublika partiyasının iclasında iştirak edib.

Bu barədə AzVision.az “Jamanak” nəşrinə istinadən xəbər verir.

Nəşr yazır ki, Abramyan şəxsən Sarkisyanın tövsiyəsi əsasında iclasa qatılıb: “Hakimiyyətə yaxın mənbələr iddia edir ki, hazırda Ermənistan hökumətinin rəhbəri olan Karen Karapetyan Ovik Abramyanın dövründə on milyonlarla dolların mənimsənilməsinə dair təkzibolunmaz faktları Serj Sarkisyana təqdim edib. Əgər Serj Sarkisyan istəsə, bu faktlar əsasında sabiq baş nazir də daxil olmaqla, bir sıra yüksək rütbəli məmurlar həbs oluna bilər. Lakin Serj Sarkisyan öz dəsti-xəttini dəyişməyəcək və bu faktları Baş Prokurorluğa təqdim etməyəcək. O, bu məlumatlarla məmurları şantaj edir. Ovik Abramyana gəldikdə isə, Sakrisyan bu faktlardan sabiq baş nazirin spiker olmaq arzusunu ürəyində qoyacaq”, - deyə Jamanak yazır.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti