Türk əsgərlərini Əsəd öldürüb - Yenilənib

Türk əsgərlərini Əsəd öldürüb - Yenilənib
  24 Noyabr 2016    Oxunub:4359
3 türk əsgərin İŞİD terrorçuları ilə döyüşdə deyil, Suriya aviasiyasının bombardmanı nəticəsində öldüyü məlum olub.
AzVision.az-ın "Hürriyet"ə istinadən verdiyi xəbərə görə, bunu Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı açıqlayıb.

“Noyabrın 24-də saat 03:30-da Suriya rejimi tərəfindən həyata keçirilən hava hücumu nəticəsində 3 hərbi qulluqçu həlak olub, 1-i ağır olmaqla, 10 əsgər yaralanıb. Yaralılar hərbi əməliyyat zonasından çıxarılaraq Türkiyənin Qaziantep şəhərinə aparılıb”,– deyə yayılan açıqlamada bildirilib.

Məlumata əsasən Baş nazir Binəli Yıldırım hadisə barədə müdafiə naziri Fikri İşıq və Baş Qərargah rəisi Hulusi Akara məlumat verilib.

***

(11:58)

Suriyanın Əl-Bab bölgəsində İŞİD terror qruplaşması Türkiyə hərbçilərinə hücumu zamanı ölən hərbçilərin sayı 5-ə çatıb.

Qeyd edək ki, Türkiyə Silahlı Qüvvələri avqustun 24-dən Suriya ərazisində “Fırat kalkanı” adı altında antiterror əməliyyatı keçirir.

***
(11:07)

Suriyanın Əl-Bab bölgəsində İŞİD terror qruplaşması Türkiyə hərbçilərinə hücum edib.

AzVision.az "CNN-Türk"ə istinadən xəbər verir ki, hadisə nəticəsində 3 əsgər şəhid olub, 7 nəfər isə yaralanıb.

Yaralı hərbçilər Qaziantep və Kilisdəki xəstəxanalara yerləşdirilib.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti