Cerrard kariyerasını başa vurdu

Cerrard kariyerasını başa vurdu
  24 Noyabr 2016    Oxunub:2325
Məşhur ingilis futbolçu Stiven Cerrard kariyerasını başa vurub.

Bu barədə AzVision.az xarici KİV-lərə istinadən xəbər verir

Kariyerası ərzində 862 oyunda meydana çıxan ulduz futbolçu 212 qol vurub. 36 yaşlı Cerrard futbol həyatında 3 dəfə İngiltərə Premyer Liqasını, 2 dəfə isə FA Cup-ı, 1 dəfə Çempionlar Liqasını, 1 dəfə UEFA Kubokunu, 1 dəfə isə Super Kuboku qazanıb.

Peşəkar karyerasına 1998-ci ildə "Liverpul"da başlayan Cerrard 17 il bu komandanın şərəfii qoruyub. 2015-ci ildə isə ABŞ-ın Los Anceles Qalaksi" klubuna keçib.

Kənan Məmmədov
AzVision.az


Teqlər:  





Xəbər lenti