Artıq 14 namizəd var

Artıq 14 namizəd var
  16 Avqust 2013    Oxunub:1160
Bu gün Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib.
AzVision.az xəbər verir ki, iclasda MSK-nın 13 və 14 avqust tarixli iclas protokollarının təsdiq edilib.
Eyni zamanda, bəzi dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilib.

MSK sədri Məzahir Pənahov bildirib ki, İsmayıl Yusifov, Elşən Həsənov prezidentliyə namizədliyi üçün MSK-ya müraciət edib.

Qeyd edək ki, onlar heç bir partiyanın təımsilçisi deyil. Müstəqil şəkildə namizədliklərini irəli sürüblər.

Bununla da MSK-ya müraciətlərin sayı 14-ə çatıb. Eyni zamanda 57 nəfər müşahidəçi olmaq üçün MSK-ya müraciət edib.

Fatimə


Teqlər:  





Xəbər lenti