`Avropa Parlamentinin qərarı əhəmiyyətsizdir` - Binəli Yıldırım

`Avropa Parlamentinin qərarı əhəmiyyətsizdir` - Binəli Yıldırım
  24 Noyabr 2016    Oxunub:1787
"Avropa Parlamentinin (AP) verdiyi qərar Türkiyə üçün əhəmiyyətli deyil".
AzVision.az xəbər verir ki, bunu Türkiyənin baş naziri Binəli Yıldırım Avropa Parlamentinin Türkiyənin Avropa İttifaqına (Aİ) daxil olması ilə bağlı danışıqların dondurulması haqqında qərarına münasibət bildirərkən deyib.

Baş nazirin sözlərinə görə, Avropa İttifaqı ilə Türkiyənin münasibətləri onsuz da qaydasında deyil.

"Bizə demokratiya dərsi vermək istəyənlərin gerçək üzünü bütün dünya ibrətlə izləyir",-deyə Yıldırım vurğulayıb.

Qeyd edək ki, Avropa Parlamenti Türkiyənin Avropa İttifaqına üzvlüyü ilə bağlı müzakirələrin müvəqqəti dondurulması barədə qərar qəbul edib. Səsvermədə 479 deputat bu qərarın lehinə, 37 nəfər isə əleyhinə səs verib. Qərar layihəsi parlamentdəki 8 qrup tərəfindən təqdim edilib və 9 maddədən ibarətdir. Sənəddə Türkiyədə 15 iyul hərbi çevriliş cəhdindən sonra atılan addımlar tənqid olunub.

Məlumat üçün bildirək ki, Avropa Parlamentinin qərarları tövsiyə xarakterlidir. Türkiyə ilə üzvlük müzakirələri yalnız Avropa İttifaqı Şurasının qərarı ilə dayandırıla bilər.

AzVision.az


Teqlər:





Xəbər lenti