`Qarabağ` 3 qolla uduzdu - Yenilənir

`Qarabağ` 3 qolla uduzdu - Yenilənir
  25 Noyabr 2016    Oxunub:3127
Bu gün Avropa Liqasında qrup mərhələsinin V turunun oyunları keçirilir.
AzVision.az xəbər verir ki, avrokuboklarda ölkəmizi təmsil edən “Qarabağ” növbəti oyununa çıxb.

“Qarabağ” səfərdə Çexiyanın “Slovan” klubunun qonağıdır.

“Slovan”la oyun “Qarabağ” klubu üçün tarixi əhəmiyyət kəsb edir. Belə ki, Ağdam təmsilçisi səfər oyunundan 3 xalla qayıdacağı halda, Avropa Liqasının 1/16 final mərhələsinə yüksələcək. Qrupdakı digər oyunun nəticəsindən asılı olaraq, heç-heçə də təmsilçimizin tarixin nailiyyətə imza atmasına kifayət edə bilər. Bunun üçün İtaliya təmsilçisi “Fiorentina” öz meydanında PAOK-u məğlub etməlidir.

***

Matçda erkən qol qeydə alınıb. Oyunun 11-ci dəqiqəsində “Slovan” klubu hesabı aça bilib. Hazırda qarşılaşma meydan sahiblərinin üstünlüyü ilə davam edir.

***

İlk hissə “Slovan”ın 1:0 hesablı üstünlüyü ilə başa çatıb.

***

Qarşılaşmanın ikinci hissəsində meydan sahibləri “Qarabağ”ın qapısına daha iki qol vurub. Oyun “Slovan”ın 3:0 hesablı qələbəsi ilə başa çatıb.

AzVision.az


Teqlər:  





Xəbər lenti