Uçqunda ölənlərin sayı 74-ə çatıb

Uçqunda ölənlərin sayı 74-ə çatıb
  25 Noyabr 2016    Oxunub:1266
Çinin Ciansi vilayətində elektrik stansiyasının tikilməkdə olan soyutma qülləsində baş verən uçqun nəticəsində ölənlərin sayı 74-ə çatıb.
AzVision.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə noyabrın 24-də yerli vaxtla saat 07.00 radələrində baş verib.

Hazırda hadisə yerində 300-dən çox xilasedici işləyir. Dağıntılar altında insanların qala biləcəyi ehtimal olunur.

Qeyd edəkk ki, hadisə baş verən zaman tikintidə 60 nəfərdən çox adam çalışırmış, onlarla fəhlə isə növbəni təhvil almaq üçün gözləyirmiş.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti