Türkiyə yenə şəhid verdi

Türkiyə yenə şəhid verdi
  25 Noyabr 2016    Oxunub:1301
Türkiyə ordusu Suriya ərazisində həyata keçirdiyi “Fərat qalxanı” əməliyyatında daha bir əsgərini itirib.
AzVision.az xəbər verir ki, bu barədə Türkiyə Silahlı Qüvvələri Baş Qərargahı məlumat yayıb.

Qeyd olunub ki, Suriyanın Əl-Bab şəhəri ətrafında gedən döyüşlərdə 1 əsgər həlak olub, 5 hərbi qulluqçu yaralanıb. Eyni zamanda döyüşlərdə Suriya "Azadlıq ordusu"nun 4 əsgəri həlak olub, 25-i isə yaralanıb.

Döyüşlərdə Türkiyə ordusunun 2 zirehli döyüş maşını və 1 ədəd piyada daşıyan zirehli maşını da terrorçular tərəfindən sıradan çıxarılıb.

AzVision.az


Teqlər:  





Xəbər lenti