Ərdoğandan sərt çıxış: `Trampa diktator deyirlər...`

Ərdoğandan sərt çıxış: `Trampa diktator deyirlər...`
  25 Noyabr 2016    Oxunub:4063
"Avropa Parlamentinin qərarı Türkiyə üçün heç bir əhəmiyyətə malik deyil".

AzVision.az xəbər verir ki, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İslam Əməkdaşlıq Təşkilatının (İƏT) iqtisadiyyat və ticari əməkdaşlıq üzrə daimi komitəsinin 32 sessiyasının açılışında bildirib.

“Biz müsəlmanlar çiyinlərimizdə dünyanın yükünü daşıyırıq. Son bir ildə Aralıq dənizi aclıq səfalətdən qaçan 5 min günahsız insanın məzarına çevrilib. Suriya və İraqda daxili müharibələrə görə, Avropaya miqrasiya etməli olan 10 minlərlə insanın hazırda kimlərin əlində olması barədə məlumat yoxdur. İnsan haqları məsələləri ilə bağlı imkan düşən kimi bizi tənqid edən ölkələr sığınacaq axtaran uşaqları qorumaq iqtidarında deyillər”, - deyə Ərdoğan vurğulayıb.

O, qeyd edib ki, Avropa Məhkəməsinin Türkiyə ilə bağlı çıxardığı qərarın əhəmiyyəti yoxdur. Ərdoğanın sözlərinə görə, 15 iyul çevrilişi zamanı böyük itki verən türk xalqı Qərb tərəfindən ədalətsiz şəkildə tənqid olunur: “Demək istəyirəm ki, bu səsvermənin nəticəsinin heç bir əhəmiyyəti yoxdur. Çünki səsvermə Avropanın terrorçularla birgə olduğunu göstərdi”.

Ərdoğan ABŞ-da keçirilən seçkilərdə Dolanld Trampın qələbəsinə də münasibət bildirib: “ABŞ-da Trampın qalib gəldiyi prezident seçkiləri keçirildi. Avropada, Amerikada insanlar küçələrə çıxdı, Trampı diktator adlandırmağa başladılar. Əgər sən demokratiyadan danışırsansa, onda seçkilərin nəticələrinə hörmət etməlisən”

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti