Milli Məclisin payız sessiyası sentyabrın 30-da başlayacaq

Milli Məclisin payız sessiyası sentyabrın 30-da başlayacaq
  16 Avqust 2013    Oxunub:1013
Sentyabrın 15-ində isə komitələrin iclası başlayır.
Azərbaycan Milli Məclisi payız sessiyası öz işinə sentyabrın 15-də başlayacaq.

Milli Məclisin mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlu APA-ya açıqlamasında bildirib ki, parlamentin işinə komitələrin iclası ilə start veriləcək.

Sentyabrın 30-da isə Milli Məclisin payız sessiyasının ilk plenar iclası olacaq.

A. Təvəkküloğlu onu da qeyd edib ki, payız sessiyasında parlamentin fəaliyyətini işıqlandırmaq üçün akkreditə olmaq istəyən KİV-lər sentyabrın 15-dək akkreditasiya məktublarını Milli Məclisə təqdim etməlidirlər.

AzVision.az


Teqlər:





Xəbər lenti