Bu il Avropaya 345 min qaçqın gəlib

Bu il Avropaya 345 min qaçqın gəlib
  25 Noyabr 2016    Oxunub:1491
İlin əvvəlindən bəri Avropa ölkələrinə 345 min nəfərə yaxın qaçqın gəlib.
Bu barədə Beynəlxalq Miqrasiya Təşkilatı məlumat yayıb.

Təşkilatın məlumatına görə, qeyri-leqal miqrantların 4500 nəfəri yolda həlak olub və ya itkin düşüb. Şimali Afrikadan İtaliyaya keçməyə cəhd edərkən həyatını itirənlərin sayı isə digər yerlərə nisbətən çoxluq təşkil edir.

Bu ərəfədə Siciliya limanına aralarında hamilə qadınların və azyaşlı uşaqların olduğu daha 600 qaçqın gəlib. Onların hamısı Aralıq dənizində İtaliya sahil mühafizə xidməti tərəfindən xilas edilmiş şəxslərdir. Həftənin əvvəlindən bəri dənizçilər fəlakətə uğramış gəmi və qayıqlardakı 1400 insanı ölümdən qurtarıblar.

AzVision.az


Teqlər:





Xəbər lenti