Ermənistanda yaralı əsgərə yardım göstərilmir

Ermənistanda yaralı əsgərə yardım göstərilmir
  25 Noyabr 2016    Oxunub:2275
Ermənistanın Armavir vilayətinin Lusaqüxi kəndinin sakini, milliyyətcə yezid olan 22 yaşlı Artur Broyan ordudan tərxis olunub və dövlət sifarişi çərçivəsində "Müqəddəs Maarifçi Qriqori" tibb mərkəzində müalicə alır.
Lakin erməni mətbuatının yazdığına görə, valideynləri iddia edirlər ki, oğullarına lazımi tibbi yardım göstərilmir.

Arturun anası bildirib ki, oğlu artıq bir həftədir ki, tibb mərkəzindədir, amma onun səhhətində heç bir dəyişiklik yoxdur: "Oğlumdan soruşuram ki, onlar nə edirlər? Deyir, hərdən dərman verirlər, bağırsağımım və mədəmin rentgen şəklini çəkiblər".

Onun sözlərinə görə, bu tibb mərkəzində başqa müalicə aparılmır: "İddia edirlər ki, mövcud problemlərin səbəbi ola biləcək digər orqanlar müayinə olunmur. Deyirlər ki, bu yoxlamalar başqa yerlərlərdə ödənişli əsaslarla aparılmalıdır. Onlar bunu edə bilməzlər".

Broyanlar ailəsi - Ruzanna və Asan Broyan 3 oğulları ilə kənd hamamında ağır sosial şəraitdə yaşayırlar. Ailə üzvlərinin heç biri işləmir. Digər iki oğlu orduda qulluq edir.(milli.az)

AzVision.az


Teqlər:  





Xəbər lenti