İranda qatar qəzası - 40 ölü, 100 yaralı (Yenilənib)

İranda qatar qəzası - 40 ölü, 100 yaralı (Yenilənib)
  25 Noyabr 2016    Oxunub:3114
İranda iki sərnişin qatarının toqquşması nəticəsində ölənlərin sayı 40-a çatıb.
AzVision.az İran KİV-nə istinadən xəbər verir ki, bunu İran Qızıl Aypara Cəmiyyətinin nümayəndəsi Mustafa Mürtəzəvi bildirib.

Mürtəzəvi qəza nəticəsində yaralananların sayı 100-ə yaxın olduğunu da bildirib.

***
13:30

İranın şimalında iki sərnişin qatarı toqquşub.

AzVision.az “Press TV”-yə istinadən xəbər verir ki, hadisə nəticəsində 5 nəfər ölüb, 11 nəfər yaralanıb.

Qəza Siman əyalətinin Şahrud şəhərinin Xaf-xan stansiyası yaxınlığında baş verib.

Bölgəyə güclü qar yağdığından yollar bağlanıb. Ölən və yaralananların sayının artacağı gözlənilir.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti