Ərdoğan Avropa qarşısında şərt qoydu

Ərdoğan Avropa qarşısında şərt qoydu
  25 Noyabr 2016    Oxunub:2137
“Daha da irəli getsəniz, sərhəd qapılarını açacağıq”
AzVision.az xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Avropa Birliyinin dünənki qərarına münasibət bildirərkən deyib.

“Səs verməni nə üçün etdilər, çünki Ərdoğan doğru deyir. Bir araya gəlib, 400-500 nəfər “hə” deyir. Hamınız desəniz, nə olacaqki? Siz heç vaxt dürüst olmadınız. 53 ildir ki, Türkiyəyə Avropa İttifaqının qapısını açmayanlar bizi sanksiyalarla təhdid edir. 14 ildə batdıqmı, çökdükmü? Ancaq inkişaf etdik. Unutmayın ki, Qərbin Türkiyəyə ehtiyacı var. 3 milyon köçkünü ölkəmizdə bəsləyən bizik. Daha da irəli getsəniz, sərhəd qapıları açılacaq. Bunu da belə bilin. Bellə quru təhdidləri nə mən, nə millətim başa düşər” - deyə prezident Ərdoğan vurğulayıb.

Aytən Zəhra
AzVision.az


Teqlər:  





Xəbər lenti