300-dən çox uşaq birinci sinfə qəbul edildi
Təhsil Nazirliyinin məlumatına görə,qəbul prosesinə yalnız Bakı şəhərində başlanılıb. Bölgələrdə bu proses avqustun 20-dən sonra başlanacaq. Bakı şəhəri üzrə indiyədək 2300 nəfərdən çox ərizə qeydiyyata alınıb. 600 nəfərdən çox uşaq artıq müsahibədən keçirib, onlardan təxminən 50 faizinin I sinfə qəbuluna razılıq verilib.
Qeyd edək ki, Təhsil naziri Mikayıl Cabbarovun “Xüsusi istedada malik uşaqların vaxtından əvvəl I sinfə qəbulu Qaydaları” barədə 17.07.2013 – cü il tarixli, 739 № - li əmrinə əsasən “Xüsusi istedada malik uşaqların vaxtından əvvəl I sinfə qəbulu Qaydaları”nı təmin etmək məqsədilə valideynlərin ərizələri iyulun 20-dən avqustun 20-dək qəbul ediləcək.
AzVision.az
Teqlər: